Litvada tank batalyonunun yaradılması 11 il çəkəcək

Litvada tank batalyonunun yaradılması 11 il çəkəcək backend

Litvada yeni motoatıcı diviziyasının əsas zərbə qüvvəsinə çevriləcəyi gözlənilən tank batalyonunun yaradılması planlaşdırılır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Laurinas Kasçyunasın bəyənatında açıqlayıb. Onun sözlərinə görə, proses 2035-ci ilə qədər başa çatmalıdır.

“Ən yaxşı seçim tankları taqımla almaqdır ki, paralel olaraq hava hücumundan müdafiə sistemlərinin son dərəcə vacib alışları həyata keçirilsin. Eyni zamanda, 2035-ci ilə qədər biz tank batalyonunu tam şəkildə yerləşdirə biləcəyik”, - litvalı nazir deyib.

Qeyd olunur ki, hazırda respublikanın ən böyük hərbi hissəsi briqadadır. Ölkə 2030-cu ilə qədər tam təchiz olunmuş diviziyanın olacağını gözləyirdi. Həmçinin, Baltikyanı dövlətin hakimiyyət orqanları 40-dan 50-dək "Leopard 2" tankının alınmasını təsdiqləyib.

QAZİLER.AZ

Diaspora