Səfərbərlikdən qaçan ukraynalı matrasda üzərək Moldovaya getməyə çalışdı - VİDEO

Səfərbərlikdən qaçan ukraynalı matrasda üzərək Moldovaya getməyə çalışdı - VİDEO backend

Ukrayna sakini cəbhəyə getməyə məcbur edilməmək üçün Moldova ilə sərhədi keçməyə cəhd edib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmin şəxs bunun üçün şişmə döşəkdən istifadə edib. O, Dnestr çayını üzərək keçmək istəsə də, Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu saxlayıblar. Sonradan məlum olub ki, qaçan şəxs internetdən 200 min rubla aldığı təlimata əsasən çayı üzərək keçib.

Kişinin həbs anı lentə alınıb və Ukrayna departamentinin rəsmi teleqram kanalında yayımlanıb. Kadrlarda onun hava döşəyinin üzərində üzdüyü, qolları ilə avar çəkdiyi görünür.

Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin sözlərinə görə, qaçan şəxs inzibati məsuliyyətə cəlb olunacaq.

QAZİLER.AZ

Diaspora