Bayden ABŞ-da “TikTok”u qadağan edən qanunu imzaladı

Bayden ABŞ-da “TikTok”u qadağan edən  qanunu imzaladı backend

ABŞ prezidenti Co Bayden Konqresin hər iki palatası tərəfindən təsdiqlənən və ölkədə “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsini imzalayıb.

Qaziler.az bildirir ki, bu barədə “ The Verge” məlumat yayıb.

“Tik-Tok”u idarə edən “ByteDance” şirkəti doqquz ay ərzində Amerika biznesini satmayacağı təqdirdə, platformanın qadağan olunacağı bildirilib.

"Qanun layihəsi artıq qüvvəyə minib və “ByteDance”ə hərəkət etmək üçün vaxt verir. Şirkətin danışıqlar üçün üçün ilkin doqquz ayı var, baxmayaraq ki, prezident irəliləyiş görsə, bu müddəti daha üç ay uzada bilər”, - nəşr yazıb.

Aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası platformanın qadağan edilməsi imkanını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu qaydalar pozularsa, ABŞ-da sosial şəbəkənin işi dayandırılacaq, “Apple” və “Google” tətbiqi silmək məcburiyyətində qalacaq. Sosial şəbəkənin rəhbərləri qeyd ediblər ki, qanunvericilərin qərarı 170 milyon amerikalının hüquqlarını pozur.

QAZİLER.AZ

Diaspora