Avstraliya polisi aprelin 15-də Sidneydəki "Xrist The Good Shepherd" Kilsəsində ibadət zamanı hücumla bağlı aparılan istintaq çərçivəsində 7 nəfərin saxlanıldığını bildirib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib.
Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirən Hudson, nəzarətə alınan 15-17 yaş arası 7 gəncin "ifrat və şiddətli bir ideologiyadan təsirləndiyini" iddia edib.
Hudson bildirib ki, saxlanılan şəxslər ictimaiyyət üçün təhlükə yaradır.
Yepiskop Mar Mari Emmanuel aprelin 15-də Sidneydəki "The Good Shepherd" Kilsəsində canlı yayımlanan xidmət zamanı hədəfə alınıb. Yepiskop və 3 nəfər yaralanıb, təcavüzkar isə tutulub.
Aprelin 16-da Yeni Cənubi Uelsin Baş Konstablı hücumun "terror aktı" kimi araşdırılacağını açıqlayıb.
QAZİLER.AZ