Rusiya Afrika ölkələrinin təhlükəsizliyinin gücləndirilməsinə yardım edəcək - Lavrov - VİDEO

Rusiya Afrika ölkələrinin təhlükəsizliyinin gücləndirilməsinə yardım edəcək - Lavrov - VİDEO backend

Rusiya Afrika ölkələrinin təhlükəsizliyini gücləndirməyə kömək edəcək.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə çərşənbə günü, aprelin 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDBMİ-də keçirilən forumunun iştirakçılarına videomüraciətində bildirib.

Lavrovun sözlərinə görə, Afrika dövlətləri ilə tərəfdaşlıq qurmaq Rusiyanın prioritetləri sırasındadır. Diplomat vurğulayıb ki, Afrika qitəsi dünya düzəninin çoxqütblü arxitekturasını formalaşdıran unikal dünya səviyyəli mərkəz hesab olunur.

Qeyd edək ki, III Beynəlxalq Gənclər Forumu - “Rusiya - Afrika: bundan sonra nə olacaq?” 23-26 apreldə keçirilir.

QAZİLER.AZ

 

Diaspora