Norveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Eirik Kristoffersen bildirib ki, Ukraynaya dəstək onun bu il üçün əsas prioritetidir.
Qaziler.az bildirir ki, bu barədə Breaking Defence xəbər verir.
O, aydınlaşdırıb ki, Qərb ölkələrindən əlavə yardım olmasa, Ukrayna pis vəziyyətdə qalacaq.
“Mən bunu keçən yanvarda demişdim: Ukraynada qısamüddətli hərbi həll yolunu görmürəm.
Eyni zamanda, hərbi rəsmi əlavə edib ki, Qərb ölkələri Ukraynaya kömək üçün kifayət qədər sərmayə qoymayıb və onlar Ukrayna Silahlı Qüvvələrinə daha çox dəstək verməlidirlər. Kristofersen Norveçin Ukraynaya hava hücumundan müdafiə sahəsində dəstək verə biləcəyinə də aydınlıq gətirib, çünki bu, hazırda aktualdır.
O əlavə edib ki, Ukrayna qoşunlarının silah çatışmazlığı şəraitində uğurları onu heyrətləndirib, eyni zamanda Rusiya ordusunda baş verən inkişadı də qeyd edib.
QAZİLER.AZ