NATO-nun Polşa ərazisində ABŞ-nin nüvə qüvvələrini yerləşdirmək planları yoxdur.
APA xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Varşavada Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə mətbuat konfransında deyib.
"NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya alyansın hər hansı ölkəsində qüvvə yerləşdirmək planları yoxdur", - Stoltenberq qeyd edib.
Onun sözlərinə görə, NATO Rusiya ilə münaqişə axtarışında deyil, bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışacaq.