ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bu gün Türkiyəyə səfər edəcək.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.
V. Nuland Türkiyə hakimiyyət dairələri ilə görüşlərdə İŞİD-lə mübarizə, miqrant böhranı, habelə digər regional və ikitərəfli məsələləri müzakirə edəcək.