Budapeştdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni Macarıstan müxalifətinin “sahibəsi” kimi təsvir edən plakat peyda olub.
Qaziler.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Poster “Brüsselin təvazökar qulluqçuları” adlanırdı. Burada Avropa Komissiyasının rəhbəri Macarıstanın keçmiş baş naziri, onun həyat yoldaşı, müxalifətin keçmiş baş nazir namizədi, Budapeşt meri və hüquqşünas Peter Madyarın əhatəsində əks olunub.
Onların əllərində “müharibə”, “gender” və “miqrasiya” sözləri yazılmış lövhələr var.
QAZİLER.AZ