Avropa Komissiyası TikTok sosial şəbəkəsinə qarşı rəsmi araşdırmalar apararkən Almaniya kansleri Olaf Şolts şəbəkədə kanal açıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, kansler orada Nazirlər Kabinetinin cari fəaliyyətini və siyasi həyatın müxtəlif aspektlərini nümayiş etdirir.
Hesabı hökumətin mətbuat xidməti aparır.
Şoltsun kanalında sonunda onu iş masasında və arxiv fotoşəkilləri 13 saniyəlik video yerləşdirilib.
Həmçinin Şoltsun kanalında çantasında nə gəzdirdiyini göstərən "What’s in my bag" (“Çantamda nə var?”) serialından video çox populyardır.
Sosial şəbəkə kanalında həmçinin Şoltsun görkəmli siyasətçilərlə videolarına və məşhur insanlarla işbirliyi videolarına baxmaq mümkündür.
QAZİLER.AZ