Türkiyəyə şaurma ilə səfər edən Almaniya lideri məsxərəyə qoyuldu - VİDEO

Türkiyəyə şaurma ilə səfər edən Almaniya lideri məsxərəyə qoyuldu - VİDEO backend

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Türkiyəyə 60 kiloqramlıq şaurma gətirmək qərarı Türkiyə ictimaiyyətində böyük səs-küyə səbəb olub.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzetinin müxbiri Ozan Dəmircan yazıb.

Köşə yazarı hesab edir ki, Ştaynmayer alman-türk alimlərini, rəssamlarını, rejissorlarını xatırlamaq əvəzinə, sadəcə Türkiyəyə nəhəng bir şaurma və hər kəs üçün onu bişirən bir aşpaz gətirib. Onun sözlərinə görə, bəzi siyasətçilər və jurnalistlər bu addımı mənfi qiymətləndirib.

Türkiyəyə ilk dəfə üç günlük işgüzar səfərlə gələn Ştaynmayer Almaniyanın İstanbuldakı konsulluğunun iqamətgahında qonaqları dönərlə qonaq edib. Alman lider manqalda sucuk (türk kolbasası) da qızardıb. Prezidentin sözlərinə görə, almanlara bu yeməyi türk miqrantlar təqdim edib, indi isə Almaniyada milli yemək halına gəlib.

Qeyd edək ki, bundan əvvəl Ştaynmayer Türkiyəyə səfəri zamanı dönəri almanların milli yeməyi adlandırmışdı.

QAZİLER.AZ

Diaspora