Sağalmaz xəsətəliyə tutulan Selin Dion səhnəyə qayıdır?

Sağalmaz xəsətəliyə tutulan Selin Dion səhnəyə qayıdır? backend

Kanadalı müğənni Selin Dion yeni müsahibəsində səhnəyə qayıtmaqla bağlı fikirlərini bölüşüb.

Qaziler.az bildirir ki, sağalmaz xəstəliyə tutulan ifaçı bu barədə Fransanın “Vogue” jurnalına danışıb.

Sərt əzələ sindromundan əziyyət çəkən 56 yaşlı Dion etiraf edib ki, son dörd ildir ki, o, ifaçılığa qayıdıb-qayıtmayacağı sualına cavab verə bilmir.

“Hazırda ayağa qalxıb deyə bilmirəm: bəli, dörd aydan sonra oxuyacağam. Mən bilmirəm, bədən mənə deyəcək. Ancaq digər tərəfdən, beləcə gözləmək istəmirəm”, - dünya ulduzu deyib.

Selin Dionun psixoloji cəhətdən çətin anlar yaşadığı qeyd olunub.

“Çətindir, çox çalışıram, amma sabah daha çətin olacaq. Amma bir şeyi məndən almaq olmaz, o da iradə, ehtiras, arzu və əzmdir”, - müğənni qeyd edib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, mərkəzi sinir sisteminə təsir edən, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan nadir otoimmün hərəkət pozğunluğudur.

QAZİLER.AZ

Diaspora