Slovakiya liderini öldürməyə hazırlaşan ukraynalı saxlanılıb

Slovakiya liderini öldürməyə hazırlaşan ukraynalı saxlanılıb backend

Çexiyanın xüsusi xidmət orqanları Slovakiya prezidenti Peter Pelleqrinini öldürməyi planlaşdıran Ukrayna əsilli 24 yaşlı Maruniçi saxlayıb.

Qaziler.az bildirir ki, məlumatı yerli CTK agentliyi yayıb.

Məlumata görə, aprelin 22-də dövlət başçısına hücum cəhdi edilib, onun qarşısı Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidmətinin əməkdaşları tərəfindən alınıb.

Söhbət millətçi baxışların tərəfdarı olan, psixi sağlamlıq problemləri olan bir insandan getdiyi aydınlaşdırılır. Agentliyin məlumatına görə, o, Brno şəhərində anbardan silah götürmək istəyərkən nəzarətə götürülüb.

Agentlik həmçinin bildirib ki, ukraynalı 2021-ci ildən Çexiyada yaşayır və onun üzərində aktiv müşahidə 2023-cü ilin dekabrında başlayıb. Maruniç Avropa ölkəsinə gəldiyi ildə uşaq pornoqrafiyasını yaymaqda və dələduzluqda ittiham olunaraq saxlanılıbmış.

QAZİLER.AZ

Diaspora