Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də baş tutacaq.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas bildirib.
Onun sözlərinə görə, tədbir ərəfəsində senatorlar PCR testindən keçəcəklər.
Mayın 7-də bizim (prezidentin) inauqurasiya mərasimimiz var. Test haqqında məlumat olacaq. Standart prosedurdur”, - Klişas bildirib.
Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin andiçmə mərasimi protokola uyğun, lakin müəyyən nüanslarla baş tutacaq.
QAZİLER.AZ