“Hazırda Rusiya sərhədləri yaxınlığında NATO-nun gücləndirici qoşunları qrupunun sayı 33 min nəfərə qədərdir.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu departamentin kollegiya iclasında bildirib.
NATO hərbçilərinin bu sayı həm də İsveçin Şimali Atlantika Alyansına qoşulması ilə bağlıdır ki, bu da Rusiyanın qərb və şimal-qərb strateji istiqamətlərində hərbi-siyasi gərginliyi artırıb.
“Bu gün sərhədlərimizdə NATO-nun gücləndirilmiş qüvvələrinin sayı 33 min nəfərə qədərdir, 300-ə yaxın tank və 800-dən çox digər zirehli döyüş maşını var”, - deyə idarə rəisi bildirib.
QAZİLER.AZ