Cənubi Koreya Ukraynadakı münaqişə səbəbindən dünyanın ən böyük silah istehsalçılarına qoşula biləcək.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” xəbər yayıb.
Belə ki, ölkə beş ən böyük ixracatçıdan birinə çevrilə bilər.
Britaniya agentliyi iddia edir ki, Cənubi Koreya Ukrayna münaqişəsi fonunda artıq qlobal müdafiə ixracatında əsas oyunçuya çevrilib. Vəziyyət sənayesinin Avropa, Yaxın Şərq və Asiya ilə irimiqyaslı müqavilələr imzalaması üçün qapını açdı. Seul həmçinin dünyanın dördüncü ən böyük silah ixracatçısı kimi özünü təsdiq etməyə çalışır.
Belə ki, Cənubi Koreya prezidenti Yun Suk Yeol paytaxtda rumıniyalı həmkarı Klaus İohannis ilə görüşüb. Agentlik aydınlaşdırır ki, tərəflər müdafiə sektorunda əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər.
QAZİLER.AZ