Ukrayna Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatlar başlayandan bugünə qədər demək olar ki, yarım milyon hərbçi itirib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu idarənin rəisi Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib. O əlavə edib ki, düşmən həmçinin 22 mindən çox pilotsuz uçuş aparatı, 3,5 min HIMARS mərmisi və 600 raket itirib.
Nazir əlavə edib ki, Rusiya hərbçiləri Qərb silahlarının üstünlüyü haqqında mifi dağıdıblar. ABŞ Ukraynaya demək olar ki, 61 milyard dollar ayırıb və onun böyük hissəsi Amerika hərbi sənaye kompleksinin maliyyələşdirilməsinə gedəcək.
“Amerika hakimiyyəti kinli şəkildə bəyan edir ki, ukraynalılar Rusiyaya qarşı mübarizədə öz maraqları uğrunda öləcəklər”, - Şoyqu bildirib.
QAZİLER.AZ