Putinin avtomobilləri üçün komponentlərin haradan gətirildiyi məlum olub

Putinin avtomobilləri üçün komponentlərin haradan gətirildiyi məlum olub backend

“Hazırda Rusiya Federasiyasında və dost ölkələrdə “Aurus” avtomobillərinin istehsalının lokallaşdırılması təxminən 90% təşkil edir”.

Qaziler.az bildirir ki, bunu “NAMI” Federal Dövlət Unitar Müəssisəsinin “Vahid Modul Platforması” layihəsinin direktor müavini Aleksandr Lebedev TASS-a bildirib.

O əlavə edib ki, son vaxtlar bəzi “Aurus” komponentlərinin istehsalı qeyri-dost dövlətlərdən loyal dövlətlərə keçirilib.

“Biz bu avtomobili avropalı, koreyalı və digər xarici tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində hazırladıq, lakin müəyyən hadisələrə görə bu əməkdaşlıqdan imtina etməli olduq. Lakin bu gün Rusiyada və dost ölkələrdə bu avtomobillərin, onların komponentlərinin istehsalının lokallaşdırılması təxminən 90% təşkil edir”, - Lebedev bildirib.

QAZİLER.AZ

Diaspora