Tanzaniyada mikroavtobusla yanacaq daşıyan yük maşını toqquşdu: 13 ölü

Tanzaniyada mikroavtobusla yanacaq daşıyan yük maşını toqquşdu: 13 ölü backend

Tanzaniyanın cənubunda mikroavtobusla yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində ən azı 13 nəfər ölüb.

Bu barədə bazar ertəsi, aprelin 22-də Çinin Sinxua xəbər agentliyi yerli polisə istinadən məlumat yayıb.

11 nəfərin yerindəcə, 2 nəfərin isə yerli tibb məntəqəsində dünyasını dəyişdiyi məlum olub.

Toqquşma yerli vaxtla səhər saat 7:30-da baş verib. 

Hazırda polis qəzadan sonra qaçan yanacaq tankerinin sürücüsünü axtarır.

QAZİLER,AZ

Diaspora