Ramzan Kadırov Çeçenistan Respublikasının Şelkovskaya kəndinin şəhər statusu alacağını açıqlayıb.
Qaziler.az bildirir ki, o bu barədə özünün teleqram kanalında paylaşım edib.
“Mən Çeçenistan Respublikası Parlamentinin sədri Maqomed Daudova Şelkovskaya kəndinin şəhər statusuna keçirilməsi ilə bağlı işlərin görülməsini tapşırdım”, – paylaşımda qeyd edilib.
Rayon rəhbəri əlavə edib ki, bu, yerli istehsalla yanaşı, həm də yaranan yerli məsələlərin həllinə imkan verəcək, həm istehsalın inkişafına, həm də investisiya cəlbediciliyinin artırılmasına şərait yaradacaq.
Şelkovskaya kəndi Şelkovski rayonunun inzibati mərkəzidir.
QAZİLER.AZ