Peskov: Putin Ukrayna ilə sülh danışıqlarına hazırdır

Peskov: Putin Ukrayna ilə sülh danışıqlarına hazırdır backend

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Moskvanın Ukrayna probleminin sülh yolu ilə həllinə hazır olduğunu bəyan edib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, onun sözlərinə görə, bu, sülh təşəbbüsü deyil.

“Kiyev de-yure Moskva ilə danışıqların mümkünlüyünü rədd edir və bununla bağlı heç bir irəliləyiş yoxdur”, - Peskov bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin münaqişənin həlli üçün Moskva ilə danışıqları bərpa edə biləcəyini etiraf edib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti vəziyyətlə bağlı öz baxışlarına dair sənəd hazırlayıb Rusiya tərəfinə təqdim etmək niyyətindədir. Lakin o, vaxtı dəqiqləşdirməyib.

QAZİLER.AZ

Diaspora