Pentaqon ABŞ-ın Ukraynadakı səfirliyinə əlavə hərbi məsləhətçilər göndərməyi düşünür.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Amerika Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder məlumar verib.
Onun sözlərinə görə, Ukraynadakı silahlı münaqişə boyu Pentaqon təhlükəsizlik şəraitindən asılı olaraq amerikalı hərbi müşavirlərin ölkədə mövcudluğunu nəzərdən keçirib və düzəlişlər edib.
"Hazırda səfirlikdəki hərbi əməkdaşlıq ofisini genişləndirmək üçün bir neçə əlavə məsləhətçi göndərməyi düşünürük", - Rayder deyib.
O qeyd edib ki, müşavirlər Ukrayna hökumətinə və ordusuna məsləhət və dəstək verəcəklər.
Pentaqonun sözçüsü əlavə edib ki, müşavirlərin vəzifələrinə hərbi vəzifələrin yerinə yetirilməsi daxil deyil.
Bundan əvvəl Rayder bildirib ki, ABŞ Kiyevə Ukraynadan kənarda təchiz edilmiş silahlardan istifadə etməyə kömək etmir. Onun sözlərinə görə, Vaşinqtonun göstərdiyi yardım yalnız ukraynalıların öz suveren ərazilərini müdafiə etməsini və geri qaytarmasını təmin etmək məqsədi daşıyır.