ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsi tarixi gedişatın düzgünlüyünü qorudu.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyanatında söyləyib.
“Mən ABŞ Nümayəndələr Palatasına, hər iki partiyaya və şəxsən spiker Mayk Consona minnətdaram ki, tarixin düzgün gedişatını qoruyan qərara görə demokratiya və azadlıq həmişə dünyada önəmli olacaq və Amerika onları müdafiə etdiyi müddətdə heç vaxt uğursuz olmayacaq”, - deyə Zelenski əlavə edib.
Zelenski vurğulayıb ki, aprelin 20-də müharibənin yayılmasının qarşısını almağa, minlərlə insanın həyatını xilas etməyə, həmçinin Ukrayna və ABŞ xalqlarını daha güclü etməyə kömək olacaq mühüm qanun layihəsi qəbul edilib.
“Ədalətli sülh və təhlükəsizlik yalnız güc yolu ilə əldə oluna bilər. Biz ümid edirik ki, qanun layihəsi Senatda dəstəklənəcək və baxılmaq üçün Prezident Baydenə göndəriləcək”, - deyə Ukrayna Prezident bildirib.
Qeyd edək ki, qanun layihəsinə əsasən ABŞ Ukraynaya 61 milyard dollara yaxın məbləğdə yardım ayıracaq.