Yuliya Navalnaya Almaniyanın nüfuzlu “Media Azadlığı Mükafatı”na layiq görülüb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, mükafat onun mərhum əri, fevralda Rusiya həbsxanasında dünyasını dəyişən müxalifətçi Aleksey Navalnıya da verilib.
Navalnılar bu mükafata “Rusiyadakı qəddar diktaturaya qarşı cəsarətli və qeyri-zorakı mübarizələrinə görə” layiq görülüblər.
Qeyd edək ki, bu aprelin ortalarında “Taym” jurnalı Yuliya Navalnayanı dünyanın 100 ən nüfuzlu qadını siyahısına daxil etmişdi.