Qərbin öz ordusunu Ukraynaya göndərməsinə bir addım qalıb - Viktor Orban

Qərbin öz ordusunu Ukraynaya göndərməsinə bir addım qalıb -  Viktor Orban backend

"Qərb ölkələri Ukraynaya ordu göndərməyin bir addımlığındadır”.

Qaziler.az “hir.TV”yə istinadla xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban özünün Fides” partiyasının toplantısı zamanı deyib.

"Bu gün Brüsseldə müharibə tərəfdarı olan çoxluq var. Avropa müharibədədir, siyasətdə isə müharibə məntiqi hökm sürür. Mən hər kəsdən və hər tərəfdən müharibəyə hazırlıq görürəm. NATO-nun baş katibi Ukrayna NATO missiyasını yaratmaq istəyir. Avropa liderləri artıq müharibəyə cəlb olunublar, mən onlarla danışıram, onları eşidirəm, onlar müharibəni özlərininki kimi görürlər”, - deyə Orban bildirib.

Macarıstanın baş naziri əlavə edib ki, Qərb Ukraynanı silah və vəsaitlə təmin edir, lakin vəziyyət yaxşılaşmır, ona görə də onlar çox güman ki, Rusiya işğalından müdafiə üçün Qərb qoşunlarını göndərə bilərlər.

QAZİLER.AZ

Diaspora