Ağ Ev İsrailin İrana hücumu ilə bağlı suala cavab vermədi

Ağ Ev İsrailin İrana hücumu ilə bağlı suala cavab vermədi backend

Ağ Ev dünən gecə İsrailin İrana hücumu ilə bağlı xəbərləri şərh etməyib.

“Reuters” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

Qeyd olunur ki, Ağ Ev mütəmadi olaraq İsrail münaqişəsində baş verən son hadisələrlə bağlı öz fikrini bildirir.

Bundan əvvəl xəbər verilmişdi ki, İsrailin ötən gecə İran ərazisinə etdiyi hücum İranın İsfahan əyalətindəki Natanzdakı nüvə obyektini qoruyan hava hücumundan müdafiə sisteminə qarşı yönəlib.

Daha sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın mərkəzində İsfahan səmasında vurulan pilotsuz təyyarələrin heç bir fiziki və maddi ziyana səbəb olmadığını açıqlayıb.

QAZİLER.AZ

Diaspora