İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın mərkəzində İsfahan səmasında vurulan pilotsuz təyyarələrin heç birinin fiziki və maddi ziyana səbəb olmadığını bildirib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Onun sözlərinə görə, İsrail tərəfdarları boş yerə məğlubiyyəti qələbəyə çevirməyə və bütün bu vəziyyəti şişirtməyə çalışıblar.
"Vurulan pilotsuz təyyarələr heç bir maddi və ya fiziki ziyana səbəb olmadı", - deyə İran XİN rəsmisi bildirib.
Qeyd edək ki, İran ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən İsfahan səmasında bir neçə pilotsuz təyyarənin ələ keçirildiyi məlum olub.
QAZİLER.AZ