Çexiya Ukrayna üçün 500 min mərmi alıb

Çexiya Ukrayna üçün 500 min mərmi alıb backend

Çexiya NATO ölkələrinə Ukrayna üçün yarım milyon mərmi aldığını bildirib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib.

"Çexiya mərmi təşəbbüsü çərçivəsində Kiyev üçün yarım milyon mərmi aldığını təsdiqləyib", - Stoltenberq bildirib.

Çexiyanın baş naziri Petr Fiala daha əvvəl bildirib ki, Ukrayna Çexiyanın sursat almaq təşəbbüsü çərçivəsində 1,5 milyon artilleriya mərmisi ala bilər. Fiala daha sonra izah etdi ki, Praqa Kiyevə hərbi yardım göstərir, çünki o, Praqa baharının təkrarlanmasından qorxur.

QAZİLER.AZ

Diaspora