Litvada NATO-nun “Strike of the Sword” təlimi başlayıb

Litvada NATO-nun “Strike of the Sword” təlimi başlayıb backend

Litvada NATO-nun “Qılıncın zərbəsi” hərbi təlimləri başlayıb.

Qaziler.az bildirir ki, “Sputnik Blijnee zarubejye” teleqram kanalının məlumatına görə, təlimdə alyans ölkələrindən bir neçə min hərbi qulluqçu iştirak edir.

Qeyd edilib ki, komandanlığı ABŞ nümayəndələri həyata keçirir. Təlimlərdə iştirak etmək üçün Polşadan 600-ə yaxın Amerika əsgəri və 120 təkərli texnika, həmçinin Litvada yerləşən ABŞ ordusunun tank batalyonu göndərilib.

Alman ordusunun üç minə yaxın əsgər və 200 zirehli texnikası, o cümlədən “Leopard” tankları, “Boxer” zirehli personal daşıyıcıları və “Puma” piyada döyüş maşınları iştirak edir.

QAZİLER.AZ

Diaspora