NATO: Ukraynanın təyyarələri vurmaq hüququ var

NATO: Ukraynanın təyyarələri vurmaq hüququ var backend

“Ukraynanın ərazisindən kənarda yerləşən hədəfləri və təyyarələri vurmaq hüququ var”.

Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, Ukrayna ərazisinə hücum etmək üçün istifadə edilən Rusiya təyyarələrini vurmaq bacarığı Kiyevin özünümüdafiə hüququnun bir hissəsidir.

Stoltenberq əlavə edib ki, Kiyevin bəzi müttəfiqləri NATO-Ukrayna Şurasının iclasında hava hücumundan müdafiə vasitələrinin tədarükünü sürətləndirəcəklərini bəyan ediblər.

QAZİLER.AZ

Diaspora