Moskva birjasında valyuta hərraclarının məlumatına görə, Rusiyada dolların məzənnəsi 93 rubldan aşağı düşüb.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, Amerika valyutası aprelin 10-dan bəri ilk dəfə 0,84% dəyər itirərək 92,99 rubla ticarət olunur. Son məlumatlara görə, hazırda dollar 93,15 səviyyəsindədir.
Avronun məzənnəsi də 0,58% azalaraq 99,38 rubl səviyyəsinə çatıb. Yuan 12,835 rubl (-0,91%) ətrafında olub.
Analitik Anatoli Trifonov bildirib ki, dollar aprelin 16-da davamlı inflyasiya səbəbindən bahalaşıb. Onun sözlərinə görə, Amerika valyutasının bahalaşmasına ABŞ-da iqtisadi aktivliyin yaxşı dinamikası da təsir edib.
QAZİLER.AZ