G7 ölkələri Rusiyanın Ukrayna ilə bağlı ittihamlarını RƏDD ETDİ

G7 ölkələri Rusiyanın Ukrayna ilə bağlı ittihamlarını RƏDD ETDİ backend

G7 ölkələri Ukraynanın Moskva yaxınlığındakı “Crocus City Hall”dakı terror aktında iştirakını etiraf etməkdən imtina ediblər”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu G7 üzvləri üç günlük məsləhətləşmələrdən sonra birgə bəyanatda bildiriblər. Sənəddə qeyd edilib ki, G7 ölkələri Kiyevin terror aktına görə məsuliyyət daşıdığını göstərən heç bir əsas tapmayıblar.

“Biz Rusiya hakimiyyətinin martın 22-də Moskva yaxınlığında baş vermiş faciəvi terror aktında Ukraynanı günahlandırmaq üçün əsassız cəhdlərini qətiyyətlə rədd edirik”, - sənəddə deyilir.

Nəşrin məlumatına görə, G7 ölkələri israrla vurğulayıblar ki, terror aktında İŞİD qruplaşması günahkardır. Həmçinin görüş iştirakçıları Rusiyaya, eləcə də onun müttəfiqlərinə qarşı sanksiyaların genişləndirilməsinə dair razılığa gəliblər.

QAZİLER.AZ

Diaspora