Parisdəki İran konsulluğuna girən şəxs özünü partladacağını bildirib

Parisdəki İran konsulluğuna girən şəxs özünü partladacağını bildirib backend

Parisin 16-cı rayonunda İran konsulluğunun binasına girən naməlum şəxs özünü partladacağı ilə hədələyib.

Qaziler.az bildirir ki, bu barədə aprelin 19-da yerli "Europe 1" radiostansiyası məlumat yayıb.

KİV-in məlumatına görə, Fransa paytaxtında polis altıncı metro xəttini bağlayıb və binanın ətrafını mühasirəyə alıb.

Qeyd olunur ki, səfirliyin əməkdaşları binada tanımadığı şəxsin olması barədə məlumat veriblər. Onlar şəhər prefekturası ilə əlaqə saxlayaraq polisin müdaxiləsini tələb ediblər.

Onların sözlərinə görə, həmin şəxsin üzərində partlayıcı maddə olan kəmər var. Bundan əlavə, onda qumbaraya bənzər silah var. Həmin şəxslə birlikdə otaqda səfir də var.

“Le Figaro” qəzetinin əlavə etdiyi kimi, yerli vaxtla təxminən saat 11:00-da  Frenel küçəsində İran konsulluğuna şübhəli şəxs daxil olarkən görüntülənib.

QAZİLER.AZ

Diaspora