Oktyabrın 18-də ABŞ Prezidenti Barak Obama İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılması prosesinə başlamaq üçün dövlət departamentinə, maliyyə, ticarət və energetika nazirliklərinə yazılı tapşırıq göndərib. Bu barədə İran mətbuatı xəbər verib. Bildirilir ki, ABŞ Prezidenti adıçəkilən nazirliklərə göndərdiyi tapşırıqda razılaşmaya uyğun olaraq rəsmi Vaşinqtonun üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin zəruriliyini vurğulayıb. Öhdəliklərin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlər səmərəli şəkildə və ABŞ qanunlarına uyğun olaraq həyata keçirilməlidir. Tapşırıqda diqqəti çəkən məqam ondan ibarətdir ki, ABŞ yalnız İranın nüvə proqramına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq üçün tədbirlər görəcək. İranın “qanadlı” raketlər sistemi hazırladığına görə tətbiq edilən sanksiyalar isə hələlik qüvvədə qalacaq.
Oktyabrın 18-də ABŞ Prezidenti Barak Obama İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılması prosesinə başlamaq üçün dövlət departamentinə, maliyyə, ticarət və energetika nazirliklərinə yazılı tapşırıq göndərib.
Bu barədə İran mətbuatı xəbər verib. Bildirilir ki, ABŞ Prezidenti adıçəkilən nazirliklərə göndərdiyi tapşırıqda razılaşmaya uyğun olaraq rəsmi Vaşinqtonun üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin zəruriliyini vurğulayıb. Öhdəliklərin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlər səmərəli şəkildə və ABŞ qanunlarına uyğun olaraq həyata keçirilməlidir.
Tapşırıqda diqqəti çəkən məqam ondan ibarətdir ki, ABŞ yalnız İranın nüvə proqramına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq üçün tədbirlər görəcək. İranın “qanadlı” raketlər sistemi hazırladığına görə tətbiq edilən sanksiyalar isə hələlik qüvvədə qalacaq.