Yerli polisin məlumatına əsasən oktyabrın 18-də Nigeriyanın şimal-şərqində iki qadın terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində azı 11 nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, polis nümayəndəsi partlayışın “Boko haram” qruplaşması yaraqlılarının müntəzəm hücumlarına məruz qalan Dar yaşayış məntəqəsində baş verdiyini bildirib.Nigeriyanın şimal-şərqində vəziyyət gərgin olaraq qalır. Ötən həftə partlayışlar seriyası Borno ştatının paytaxtı Mayduquri şəhərini lərzəyə salmışdı.