"Hizbullah" İsraillə döyüşmək istəmədiyini bəyan edib

"Hizbullah" İsraillə döyüşmək istəmədiyini bəyan edib backend

"Hizbullah" hərəkatı İsraillə gərginliyi artırmaq niyyətində deyil, lakin yəhudi dövlətinin Livanın cənubundakı hücumları genişlənərsə, onlar da eyni şəkildə cavab verəcəklər.

Qaziler.az bildirir ki, bu barədə aprelin 19-da Livanın şiə təşkilatının baş katibinin müavini Naim Qassem NBC News-a müsahibəsində bildirib.

"Biz israillilərin hazırda Livanın cənubunda mövcud olan döyüş qaydalarını pozmasına icazə verməyəcəyik. İsrail hücumlarını gücləndirsə, biz də gücləndirəcəyik"

Onun sözlərinə görə, "Hizbullah" İsrailə qarşı genişmiqyaslı müharibə aparmayacaq. Lakin İsrail tərəfi buna başlasa, tam qarşıdurmaya hazır olacaqlar.

Qasimin bəyanatları İsrailin İran ərazisinə endirdiyi zərbələr fonunda verilib. O qeyd edib ki, İran rəhbərliyi Dəməşqdəki konsulluğa hücuma İsrail ərazisinə hücumla cavab verib və eyni zamanda müharibə istəmədiklərini açıq şəkildə bildirib.

O, həmçinin yəhudi dövlətinin İranın hücumundan müdafiəsinə kömək edən İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını tənqid edib.

QAZİLER.AZ

https://www.nbcnews.com/news/world/hezbollah-naim-qassem-exclusive-interview-war-escalation-rcna148332
Diaspora