NATO-nun baş katibi Yens Stoltenberq aprelin 18-də İtaliyanın Kapri adasında G7 xarici işlər nazirlərinin iclası çərçivəsində keçirilən görüşdə jurnalistlərə bildirib ki, Ukraynanın daha çox hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi məsələsi aktualdır.
Qaziler.az bildirir ki, AP News onun sözlərindən sitat gətirib: "Hava hücumundan müdafiəni gücləndirməyə təcili ehtiyac var".
O əlavə edib ki, Rusiya Federasiyasının silah baxımından Ukraynadan üstün vəziyyətdə qalmasına davam etmək olmaz.
“Hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında gecikmələr Rusiyanın hücumları zamanı məğlubiyyət ehtimalını artırır”, - baş katib bildirib.
QAZİLER.AZ