Tanınmamış Kosovonun Avropa Şurasına dəvət edilməsi tövsiyəsi Parlament Assambleyası (AŞPA) üçün biabırçılıqdı.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu aprelin 18-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Müvafiq səsvermə aprelin 16-da baş tutub. Kosovoya dəstək tövsiyəsi 29 əleyhinə, 11 bitərəf olmaqla 131 səslə qəbul edilib.
“Kosovoya dəstək səsverməsi onun beynəlxalq hüquq normalarını devalvasiyaya və Avropada dövlətlərarası münasibətlərin əsaslarını məhv etməyə sadiqliyini təsdiq edən AŞPA üçün biabırçılıq idi”, - deyə Zaxarova vurğulayıb.
O qeyd edib ki, indi Priştina nəinki Avropa Şurasına üzv olmağa hazır deyil, həm də təşkilatın nizamnaməsinə uyğun olaraq buna hüququ yoxdur.
QAZİLER.AZ