Con Kerri Suriya böhranını region ölkələri ilə müzakirə edəcək

Con Kerri Suriya böhranını region ölkələri ilə müzakirə edəcək backend

ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə Suriya böhranını müzakirə etmək üçün Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və İordaniya nümayəndələri ilə görüşəcək.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə C. Kerri İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsiya-Marqalyo ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Dövlət katibi qeyd edib ki, rəsmi Vaşinqton Suriyadakı münaqişənin siyasi yolla həllinə çalışır: “ABŞ Suriyanın tamamilə məhv edilməsinin qarşısının alınacağına ümid edir”.

Rusiya Xarici İşlər Nazirliyindəki mənbədən isə Suriya böhranı ilə bağlı C. Kerrinin təklifinin nəzərdən keçirildiyi bildirilib.

Qeyd edək ki, Con Kerri İspaniyada rəsmi səfərdədir. Bu, onun İspaniyaya ilk rəsmi səfəridir.
Diaspora