“Londonun Böyük Britaniyadan qeyri-qanuni miqrantların Ermənistana deportasiyası təklifi britaniyalıların müstəmləkəçi fəaliyyət tərzini göstərir”.
Qaziler.az bildirir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, belə bir təklif Ermənistanın təhlükəsizlik maraqlarına ziddir.
“Vəziyyət qondarma “Ruanda sxemləri”nə çox bənzəyir... Ermənistan Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı heç bir mənalı danışıqlar aparılmadığı barədə bəyanatını eşitdik. Amma mənalıları olmadığına görə, bəlkə boş olanlar var idi? Bu, ingilislərin izlədiyi klassik sxemdir. Amma təəccüblüdür ki, onlar bunu Ermənistana təklif ediblər”, - Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, London müstəmləkəçilik ənənələri ilə fəaliyyət göstərir. Onun sözlərinə görə, miqrasiya məsələsi Böyük Britaniya üçün o qədər kəskinləşib ki, onlar bu problemin həlli üçün xeyli məbləğ ödəməyə hazırdırlar.
“Biz başa düşürük ki, London üçün miqrasiya sxemi o qədər kəskinləşib ki, onlar öz ideyalarını belə müstəmləkə üslubunda həyata keçirmək üçün kifayət qədər pul ödəməyə hazırdırlar. Amma yenə də Ermənistana da yox... Hamısı Qərbdə qışqırır ki, bu ölkənin təhlükəsizliyini təmin etmək istəyirlər, bəs indi Ermənistana qeyri-qanuni mühacir axını lazımdırmı?", - deyə Zaxarova sual verib.
QAZİLER.AZ