Borreldən Ukraynanın müdafiəsi ilə bağlı kəskin bəyanat: "ABŞ-yə arxalanmağı dayandırın"

Borreldən Ukraynanın müdafiəsi ilə bağlı kəskin bəyanat:  "ABŞ-yə arxalanmağı dayandırın" backend

ABŞ-yə həmişə ümid etmək olmaz, Avropa Ukraynanı özünün havadan müdafiə sistemləri ilə təmin etməlidir.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Kapri adasında (İtaliya) keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə bildirib.

Aİ-nin ali nümayəndəsi vurğulayıb ki, avropalılar, ABŞ, Kanada və Yaponiya Ukraynaya daha çox dəstək vermək üçün tez qərarlar qəbul etməlidirlər.

“Çünki biz Putinin Ukraynada qalib gəlməsinə imkan verə bilmərik”, - Borrell bildirib.

Aİ-nin baş diplomatı qeyd edib ki, ukraynalılar döyüşür, lakin onların silaha ehtiyacı var, Qərb ölkələri bunu tez bir zamanda təhvil verməlidir.

QAZİLER.AZ

Diaspora