Rusiya səfiri Sergey Neçaev casus qalmaqalına görə Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qaziler.az bildirir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Almaniyanın xarici işlər naziri Annalena Barbok Bavariyada Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən iki şəxs saxlanıldıqdan sonra Rusiya diplomatik nümayəndəsini çağırmaq qərarına gəlib.
Der Spiegel jurnalının yazdığı kimi, casusluq etdiyi iddia edilən şəxslər aprelin 17-də səhər Bayreutda saxlanılıb. Əsas şübhəli Bavariyadan olan 39 yaşlı Diter S.-dir. Federal prokurorlar onu başqa şeylərlə yanaşı, Məxfi Xidmət agenti kimi işləməkdə, təxribat hazırlamaqda və hərbi obyektlərdə casusluqda ittiham edirlər. Ehtimallara görə, o, 2023-cü ilin oktyabrından Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edir. O, hərbi infrastrukturda, silah zavodlarında və sənaye obyektlərində yanğıb və partlayışlar törətməyə razılıq verib
37 yaşlı alman əsilli rus Aleksandr J.-nin Diterlə işlədiyi iddia edilir.
QAZİLER.AZ