Putindən dünyaya hədə

Putindən dünyaya hədə backend

Rusiya öz hərbi potensialını daha da genişləndirəcək və həmişə istənilən təzyiqə adekvat cavab verəcək. Bunu Rusiya prezidenti Vladimir Putin Ordu günü ilə bağlı keçirilən mərasimdə çıxış edərkən bildirib.

Prezident bəyan edib ki, heç bir ölkə Rusiyanı hərbi yolla qalib gələcəyi barədə illüziyalara qapılmasın.

"Bizə təzyiq göstərməyi də ağıllarından keçirməsinlər. Həmişə adekvat cavabımız olacaq. Bizim əsgər və zabitlərimiz sübut ediblər ki, ən çətin tapşırıqların öhdəsindən mərd, peşakarcasına, qərarlılıqla öhdəsindən gəlirlər. Müasir ordumuz ənənələrinə tamaamilə sadiqdir", - deyə Vladimir Putin bildirib.

Putin onu da əlavə edib ki, Rusiya ordusu ildən ilə güclənir və hava-kosmik müdafisəi sistemlərini və nüvə silahlarını təkmilləşdirir. Bu isə qlobal bərabərliyin təminatıdır.
Diaspora