Zaxarova Kuril adaları ilə bağlı Yaponiyaya sərt cavab verdi

Zaxarova Kuril adaları ilə bağlı Yaponiyaya  sərt cavab verdi backend

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiya hakimiyyətinin Kuril adalarının “qanunsuz işğalı” ilə bağlı bəyanatını şərh edərək, Rusiyanın bu adalar üzərində suverenliyini danılmaz adlandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

"Rusiyanın bu adalar üzərində suverenliyi təkcə danılmaz deyil", - deyə o, qeyd olunan məsələnin müzakirə mövzusu olmadığını vurğulayıb.

Qeyd edək ki, aprelin 16-da Yaponiya hökuməti Kuril adalarının cənub hissəsini Rusiya Federasiyası tərəfindən “qanunsuz işğal olunmuş” adlandırıb. Yaponiya Xarici İşlər Nazirliyinin illik hesabatında bildirilib ki, Yaponiya-Rusiya münasibətlərində ən böyük narahatlıq “şimal əraziləri məsələsidir”. Bunu Tokio Kuril adaları adlandırıb.

Hesabatda qeyd olunur ki, şimal əraziləri Yaponiyanın suverenlik hüququna malik olduğu adalardır, onlar ölkənin ata-baba əraziləridir, lakin hazırda bu ərazilər “Rusiya tərəfindən qeyri-qanuni işğal olunub”.

QAZİLER.AZ

Diaspora