Mart ayında Avropa İttifaqı digər ölkələrdən 14 milyard kubmetr qaz alıb. Bu, 2022-ci ilin dekabrından bəri maksimal həcmdir.
Qaziler.az-ın məlumatına görə, “Vedomosti” qəzeti Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) icmalına istinadən yazır ki, bu rəqəm Rusiyadan yanacaq tədarükünün artırılması hesabına əldə edilib.
Ötən ayın sonunda Rusiya qazının Aİ və Moldovaya boru kəməri ixracının həcmi ötən illə müqayisədə 26% artaraq 2,74 milyard kubmetrə çatıb. Ümumilikdə, birinci rübdə Avropa Rusiya Federasiyasından təxminən 7,2 milyard kubmetr qaz alıb. Dövr ərzində Aİ ölkələrinin ümumi boru kəməri idxalı 40 milyard kubmetr təşkil edib.
QAZİLER.AZ