Kolumbiya Respublikası BRİCS-ə tamhüquqlu üzv kimi qoşulmaqda maraqlıdır və ən qısa zamanda assosiasiyanın bir hissəsi olmaq istəyir.
Qaziler.az xəbər verir ki, bu barədə Braziliya və Kolumbiya liderləri Luiz İnasio Lula da Silvanın görüşünün yekunlarına dair Braziliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən təqdim edilən birgə bəyanatda deyilir. Eyni zamanda, Braziliya hökuməti də Kolumbiyanın namizədliyini irəli sürmək niyyətindədir.
“Prezident Petro Kolumbiyanın BRICS-ə tamhüquqlu üzv kimi vaxtından əvvəl qoşulmasında maraqlı olduğunu bildirib. Prezident Lula bu təşəbbüsü alqışlayıb və Kolumbiyanın namizədliyini irəli sürməyə söz verib”, - sənəddə deyilib.
Qeyd edək ki, BRİCS 2006-cı ilin iyununda təsis edilib, sonra onun üzvləri Rusiya, Braziliya, Hindistan və Çin olub. Daha sonra Cənubi Afrika da assosiasiyaya qoşulub. 2024-cü il yanvarın 1-dən Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya da birliyin üzvdür.
QAZİLER.AZ