İsrail ağ fosfor bombasından istifadə edilməkdə ittiham edilir

İsrail ağ fosfor bombasından istifadə edilməkdə  ittiham edilir backend

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Hizbullah mövqelərinə hücumlarda qadağan olunmuş ağ fosfor bombasında istifadə etmiş ola bilər.

Qaziler.az bildirir ki, bu barədə “Əl-Cəzirə” kanalı xəbər verir.

Kanalın məlumatına görə, bu maddənin yanma temperaturu 1500 dərəcə selsiyə çatır ki, bu da metalın və dərinin sümüyə qədər yanmasına imkan verir.

Nəşr bildirir ki, bu silahın kimyəvi tərkib hissələri orqanizm tərəfindən sorula, qaraciyər, böyrəklər və ürək də daxil olmaqla bir çox orqanların disfunksiyasına səbəb ola bilər.

QAZİLER.AZ

Diaspora