Amsterdamda turist axınına görə otellərin tikintisi qadağan edildi

Amsterdamda turist axınına görə otellərin tikintisi qadağan edildi backend

Amsterdam meriyası artıq yeni mehmanxanaların tikintisinə icazə verməyəcək.

Qaziler.az bildirir ki, məlumat şəhər administrasiyasının saytında yerləşdirilib.

Buna səbəb Hollandiyanın paytaxtında turistlərin çox olması göstərilir. Səlahiyyətlilər şəhəri yaşamaq üçün əlverişli saxlamaq istədiklərini bildiriblər.

Əvvəllər Amsterdam yeni otellərin tikintisinə icazə verilməyən “təcrid zonaları” təyin edib. 2022-ci ilin sonunda Amsterdam hakimiyyəti turist axınını məhdudlaşdırmaq məqsədi daşıyan “Uzaqda qalın” proqramının başladığını elan edib.

Şəhər rəhbərliyi qeyd edib ki, Hollandiyanın paytaxtına çoxlu sayda ziyarətçi narkotik və alkoqol üçün səfər edir.

QAZİLER.AZ

Diaspora