ABŞ dövlət katibi Çinə səfər edəcək

ABŞ dövlət katibi Çinə səfər edəcək backend

ABŞ dövlət katibi Antoni Blinken bu ay Çinə dörd günlük səfər edəcək.

Qaziler.az bildirir ki, bu barədə “Politico” qəzeti amerikalı diplomat və rəsmilərə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Blinken aprelin 23-də Çinə yola düşəcək. Səfər zamanı o, yüksək çinli rəsmilərlə görüşəcək.

Qeyd edək ki, aprel ayında ABŞ-ın maliyyə naziri Canet Yellen Çinə səfəri zamanı ölkə rəhbərliyini iqtisadi strategiyasına yenidən baxmağa çağırıb. Onun fikrincə, bu, ABŞ və digər ölkələrdə işçilər və biznes üçün təhlükə yaradır.

QAZİLER.AZ

Diaspora