Bayden Ukrayna və İsrailə yardım paketlərini dəstəklədi

Bayden Ukrayna və İsrailə yardım paketlərini dəstəklədi backend

ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının spikeri Mayk Consonun İsrail, Ukrayna və Hind-Sakit okean regionundakı tərəfdaşları üçün təklif etdiyi yardım paketlərini dəstəkləyərək Konqresi onları tez bir zamanda qəbul etməyə çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Bayden açıqlamasında Qəzza zolağında fələstinlilərə lazımi humanitar yardımın göstərilməsini də dəstəklədiyini vurğulayıb.

O əlavə edib ki, konqresmenlər bu həftə Amerikanın yardım paketini qəbul etməlidirlər ki, senatorlar da eyni şeyi etmək üçün onları tez izləyə bilsinlər.

QAZİLER.AZ

Diaspora